Ev Hərbi XəbərlərLondon İrana təzyiqi artırdı: Yeni sanksiya qanunu qüvvəyə minib

London İrana təzyiqi artırdı: Yeni sanksiya qanunu qüvvəyə minib

by Baş Redaktor
63 Baxış

Böyük Britaniya İranla bağlı sanksiya rejimini genişləndirən yeni qanun qəbul edib.

Army.az xəbər verir ki, yeni qanun çərçivəsində Tehrana qarşı ticarət və maliyyə məhdudiyyətləri artırılır, eyni zamanda Britaniya hökumətinin İranla əlaqəli gəmilərə qarşı tədbir görmək imkanları genişləndirilir.

Londonun açıqlamasına görə, yeni addımlar İranın nüvə proqramının qarşısının alınması və ölkənin digər “düşmənçilik xarakterli fəaliyyətlərinə” qarşı mübarizəyə yönəlmiş daha geniş strategiyanın bir hissəsidir.

Qanun İranın Böyük Britaniyanın maliyyə sistemindən istifadəsinə əlavə məhdudiyyətlər tətbiq edir. Ticarət qadağaları isə müxtəlif mallar, texnologiyalar və xidmətləri əhatə edəcək.

banner

Bundan başqa, Britaniya hakimiyyətinin müəyyən gəmilərə qarşı sanksiya tətbiq etmək səlahiyyəti artırılır. Yeni qaydalara əsasən, müəyyən istisnalar nəzərə alınmaqla, İran təyyarələrinin Britaniya ərazisinə enməsinə də qadağa qoyulur.

Əlaqəli Yazılar Xüsusi