Ev TexnologiyaSu-57” Misirə çatdı – Moskva yeni qırıcı ilə bazarları hədəfləyir

Su-57” Misirə çatdı – Moskva yeni qırıcı ilə bazarları hədəfləyir

by Baş Redaktor
63 Baxış

Rusiyanın beşinci nəsil “Su-57” döyüş təyyarəsi Misirə gətirilib. Qırıcı sentyabrın 8-10-da keçiriləcək “El-Alameyn” Beynəlxalq Aviasiya Sərgisi öncəsi ölkəyə çatıb.

Army.az xəbər verir ki, təyyarə sentyabrın 7-də Misirdə eniş edib.

Bununla da “Su-57”nin ölkə ərazisinə enən ilk beşinci nəsil döyüş təyyarəsi olduğu bildirilir.

Rusiyanın yeni nəsil qırıcısının sərgidə nümayiş etdirilməsi Moskvanın hərbi aviasiya məhsullarını Yaxın Şərq və Afrika ölkələrinin potensial alıcılarına təqdim etmək baxımından mühüm addım kimi qiymətləndirilir.

banner

Sərgi çərçivəsində “Su-57”nin uçuş imkanlarının nümayişi ilə yanaşı, onun silah sistemləri və döyüş qabiliyyətlərinin də diqqət mərkəzində olacağı gözlənilir.

Əlaqəli Yazılar Xüsusi