Ev GündəmLavrov futbola qayıtmağa hazırlaşır: “Ümid edirəm, yenidən oynayacağam”

Lavrov futbola qayıtmağa hazırlaşır: “Ümid edirəm, yenidən oynayacağam”

by Baş Redaktor
34 Baxış

Rusiya xarici işlər naziri Sergey Lavrov futbolla bağlı planlarını açıqlayıb. O, müəyyən fasilədən sonra yenidən futbol oynamağa qayıtmaq niyyətində olduğunu bildirib.

Army.az xəbər verir ki, Lavrov “Sama Menşova” internet layihəsinə müsahibəsində son dövrlərə qədər müntəzəm şəkildə futbol oynadığını söyləyib.

Hazırda isə müxtəlif səbəblərdən qısa fasilə verdiyini qeyd edən nazir payızda bir neçə futbol matçında iştirak etməyə ümid etdiyini deyib.

Rusiya XİN rəhbəri 2026-cı il dünya çempionatını da əvvəlki illərlə müqayisədə daha az maraqla izlədiyini bildirib. O, turnirdə konkret komandaya azarkeşlik etmədiyi üçün oyunlara böyük həvəslə baxmadığını etiraf edib.

banner

Lavrovun futbola marağı uzun illərdir məlumdur. O, Moskvanın “Spartak” klubunun böyük azarkeşidir. Nazir 2020-ci ildə verdiyi açıqlamada bu klubun onun üçün sadəcə futbol komandası olmadığını bildirmişdi.

Əlaqəli Yazılar Xüsusi