NATO ölkələri müdafiə-sənaye sahəsində əməkdaşlığı əhəmiyyətli dərəcədə genişləndirməyə hazırlaşır.
Army.az xəbər verir ki, bu barədə NATO-nun baş katibi Mark Rutte məlumat verib.
Onun sözlərinə görə, iyulun 7-8-də Ankarada keçiriləcək sammit zamanı milyardlarla dollar dəyərində yeni müdafiə müqavilələrinin elan olunacağı gözlənilir.
Rutte vurğulayıb ki, bu sammit Rusiya Prezidenti Vladimir Putin üçün NATO-nun istənilən təhdidə cavab verməyə hazır olduğuna dair güclü mesaj olacaq.
“Putin öhdəliklərdən deyil, bizim onları yerinə yetirməyimizdən çəkinir. Biz özümüzü müdafiə edəcəyik”, – deyə o bildirib.
