Ev GündəmNəsimi hadisəsi ilə bağlı erməni “qəhraman”dan xəbər var

Nəsimi hadisəsi ilə bağlı erməni “qəhraman”dan xəbər var

by Baş Redaktor
10 Baxış

Ermənistanın Sünik vilayətinin Şaki kəndində baş verən insident zamanı xəsarət alan 39 yaşlı Ani Avetisyanın ağrıları hələ də səngiməyib.

Army.az xəbər verir ki, Ermənistan mediasının məlumatına görə, qadın bu həftə növbəti əməliyyata hazırlaşır.

Əməliyyat zamanı onun diz nahiyəsinə implant yerləşdirilməsi, bud nahiyəsindəki metal konstruksiyaların isə dəyişdirilməsi nəzərdə tutulur. Müdaxilənin məqsədi sümüyün bərpasına kömək etməkdir.

Avetisyan əvvəlki dövrlə müqayisədə onu ziyarət edənlərin sayının azaldığını bildirib. Onun sözlərinə görə, müalicə xərclərini nazirlik qarşılasa da, xəstəxanada qidalanma ilə bağlı bəzən problemlər yaranır.

banner

Qeyd edək ki, azərbaycanlı hərbçi Nəsimi Musayevlə bağlı hadisədən sonra Ani Avetisyan Ermənistanda təbliğ olunub və ona simvolik olaraq “Qəhrəman ana” medalı verilib.

Əlaqəli Yazılar Xüsusi