Ev Dünyaİtaliyanın Ukraynaya yardım göndərişində gecikmə: səbəb nədir?

İtaliyanın Ukraynaya yardım göndərişində gecikmə: səbəb nədir?

by Baş Redaktor
11 Baxış

İtaliyanın Baş naziri Corcia Meloninin Ukraynaya yardımın növbəti paketinin göndərilməsini ABŞ-da keçiriləcək aralıq seçkilərədək təxirə saldığı iddia olunur.

Army.az xəbər verir ki, bu barədə “Il Giornale d’Italia” nəşri məlumat yayıb.

Nəşrin yazdığına görə, əvvəlki yardım göndərişindən 10 ay keçib. Yeni yardım partiyasının hazır olduğu bildirilsə də, onun nə vaxt yola salınacağı hələ müəyyənləşdirilməyib.

Məlumatda qeyd olunur ki, gecikmə İtaliyanın müttəfiqləri ilə münasibətlərinə təsir göstərə bilər. Söhbət Meloninin Fransa Prezidenti Emmanuel Makron və Ukrayna Prezidenti Volodimir Zelenski qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsi ilə bağlı mümkün çətinliklərdən gedir.

banner

İtaliya hökuməti isə Ukraynaya dəstəyin davam etdiriləcəyini bildirib. Bununla belə, yardımın göndəriləcəyi tarix və qalan maneələr barədə açıqlama verilməyib.

Əlaqəli Yazılar Xüsusi