Ev DünyaTokayev varlı şəxslər üçün daha yüksək vergi tətbiqini təklif etdi

Tokayev varlı şəxslər üçün daha yüksək vergi tətbiqini təklif etdi

by Baş Redaktor
34 Baxış

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev iri sərvət sahiblərinin daha yüksək vergi ödəməsi məsələsinin müzakirəyə çıxarılmasını təklif edib.

Army.az xəbər verir ki, dövlət başçısı bu barədə Qurultayda xalqa müraciəti zamanı danışıb.

O bildirib ki, məqsəd hər bir vətəndaşın ölkənin inkişafına imkanlarına uyğun və ədalətli töhfə verməsini təmin etməkdir. Tokayev qanuni yolla əldə edilmiş aktivlərin məhdudlaşdırılmasının nəzərdə tutulmadığını da vurğulayıb.

Prezident hökumətə və Qurultaya məsələni araşdırmağı, konkret təkliflər hazırlamağı tapşırıb. Onun fikrincə, vergilərin yığılmasını artırmaq, kölgə iqtisadiyyatını azaltmaq və korrupsiya risklərini minimuma endirmək üçün süni intellekt də daxil olmaqla müasir texnologiyalardan istifadə edilməlidir.

banner

Tokayev 2025-ci ildə qəbul edilən yeni Vergi Məcəlləsinə də dəyişikliklərin mümkün olduğunu bildirib. O qeyd edib ki, qanunvericilik biznesin maraqlarını nəzərə almalı, sahibkarların fəaliyyətini asanlaşdırmalı və qaydaların tez-tez dəyişdirilməsinə ehtiyac yaratmamalıdır.

Əlaqəli Yazılar Xüsusi