Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) keçmiş baş katibi Nikolay Bordyuja Ermənistanın qurumdan xaric edilməli olduğunu bildirib.
Army.az xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.
Onun sözlərinə görə, Ermənistan təşkilatın fəaliyyətində iştirak etmir və üzvlük haqqını ödəmir. Bordyuja hesab edir ki, KTMT-nin işinə qoşulmaq istəməyən ölkənin təşkilatda qalması məqsədəuyğun deyil.
Qeyd edək ki, daha əvvəl KTMT-nin hazırkı baş katibi bu məsələnin noyabrın 11-də keçiriləcək iclasda müzakirə oluna biləcəyini istisna etməyib.
