Ukraynanın Milli Antikorrupsiya Bürosu (NABU) və Xüsusi Antikorrupsiya Prokurorluğu (SAP) ölkənin ABŞ-daki keçmiş səfiri Olqa Stefanışinaya qarşı yeni istintaq çərçivəsində şübhə elan edib.
Army.az xəbər verir ki, bu barədə Ali Radanın deputatı Aleksey Qonçarenko özünün “Telegram” kanalında məlumat verib.
Deputatın iddiasına görə, yeni irəli sürülən ittiham qanunsuz varlanma faktı ilə bağlıdır. O bildirib ki, bu məlumatı ona istintaq prosesindən xəbərdar olan mənbələr çatdırıb.
Rəsmi qurumlar tərəfindən ittihamın detalları və istintaqın gedişi ilə bağlı hələlik əlavə açıqlama verilməyib.
