Ev DünyaBağçalıdan TDT sammiti ilə bağlı açıqlama: Sədrliyi Türkiyə qəbul edəcək

Bağçalıdan TDT sammiti ilə bağlı açıqlama: Sədrliyi Türkiyə qəbul edəcək

by Baş Redaktor
38 Baxış

Oktyabrın 30-da Ankarada Türk Dövlətləri Təşkilatının (TDT) XIII Zirvə Görüşü keçiriləcək. Sammit çərçivəsində təşkilata dövri sədrliyin Azərbaycandan Türkiyəyə ötürülməsi planlaşdırılır.

Army.az xəbər verir ki, bunu Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı Azərbaycan-Türkiyə münasibətlərinə dair açıqlamasında bildirib.

Bağçalı vurğulayıb ki, iki ölkə arasındakı münasibətlər yalnız siyasi əlaqələrlə məhdudlaşmır.

Onun sözlərinə görə, Ankara sammitindən sonra Türkiyənin üzərinə Türk dünyasının ortaq hədəflərinin reallaşdırılması, üzv dövlətlər arasında həmrəyliyin gücləndirilməsi və təşkilatın beynəlxalq mövqeyinin möhkəmləndirilməsi istiqamətində mühüm vəzifələr düşəcək.

banner

MHP sədri Türkiyənin TDT-yə sədrliyi dövründə Türk dünyasının birliyinin möhkəmlənməsinə və inkişafına töhfə verməsinin vacibliyini qeyd edib.

Əlaqəli Yazılar Xüsusi