Ev Hərbi XəbərlərErmənistan ordunu gücləndirir – Yeni silahlar alındı

Ermənistan ordunu gücləndirir – Yeni silahlar alındı

by Baş Redaktor
159 Baxış

Ermənistan Hindistanın hərbi sənaye məhsullarının ixrac coğrafiyasının genişlənməsində getdikcə daha mühüm rol oynayır.

Army.az xəbər verir ki, Hindistanın Financial Express nəşri oktyabrın 12-də Yeni Dehlinin beynəlxalq silah bazarında əldə etdiyi irəliləyişlərə dair geniş araşdırma dərc edib. Məqalədə Ermənistanla hərbi əməkdaşlığa da xüsusi yer ayrılıb.

Nəşrin yazdığına görə, Ermənistanın Hindistan silahlarının alınması ilə bağlı müqavilələri tədricən daha geniş əhəmiyyət qazanır və Hindistan istehsalçılarının yeni bazarlara çıxışına şərait yaradır.

Araşdırmada Hindistan Müdafiə Nazirliyinin yüksək vəzifəli rəsmisi Raçeş Kumar Sinqhin oktyabrın 1-də verdiyi açıqlamaya istinad olunub.

banner

Sinqhin sözlərinə görə, Ermənistan “Akash” hava hücumundan müdafiə sistemlərinin ilk xarici alıcısı olub və bu sistemlərin bir neçə batareyasını əldə edib. Sonradan həmin silah sistemlərinin ixrac coğrafiyası genişlənərək Tacikistan və Türkmənistanı da əhatə edib.

Əlaqəli Yazılar Xüsusi