11
Rusiya istehsalı Tu-22 tipli səsdən sürətli hərbi təyyarə İrkutsk vilayətində, Svirsk yaxınlığında qəzaya uğrayıb.
Army.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Hadisə şahidlərinin məlumatına görə, ekipaj üzvləri təyyarəni tərk edərək paraşütlə yerə enə biliblər.
Təyyarə Angara çayının sahilinə düşüb və qəza yerindən qalın tüstü sütunu yüksəlib.
Hadisənin səbəbləri ilə bağlı rəsmi araşdırma aparılır.
