İsrail Prezidenti İsxaq Hersoq AQEM-in (Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə) sammitində iştirak etmək üçün Azərbaycana səfər edib.
Army.az xəbər verir ki, Hersoq bu barədə sosial media hesabında paylaşım edib.
“Regionumuzda İsrailin mühüm tərəfdaşı olan Azərbaycana indicə gəldim. Dostum, Prezident İlham Əliyevlə görüşməyi və Bakıda Asiyanın müxtəlif ölkələrinin liderləri ilə birlikdə AQEM sammitində iştirak etməyi səbirsizliklə gözləyirəm”, – o bildirib.