İran Xarici İşlər Nazirliyi Hörmüz boğazının minalardan təmizlənməsi məsələsində xarici yardıma ehtiyac olmadığını bildirib.
Army.az xəbər verir ki, bu barədə Nazirliyin rəsmi nümayəndəsi İsmayıl Bəqai məlumat verib.
Onun sözlərinə görə, boğazla bağlı məsələlərə kənar müdaxilə cəhdləri müsbət niyyət daşımır və regionda gərginliyin artmasına səbəb ola bilər.
O qeyd edib ki, Hörmüz boğazının minalardan təmizlənməsi ilə bağlı bütün texniki və hüquqi məsələlər mövcud qarşılıqlı anlaşma memorandumunda artıq öz əksini tapıb və bu səbəbdən digər ölkələrin prosesdə iştirakına ehtiyac yoxdur.
