Ev DünyaXarkovda ağır itkilər – 100-dən çox anbar vuruldu

Xarkovda ağır itkilər – 100-dən çox anbar vuruldu

by Baş Redaktor
57 Baxış

Rusiya hərbçiləri aprelin əvvəlindən etibarən Xarkov vilayəti ərazisində Ukrayna Silahlı Qüvvələrinə məxsus 100-dən çox anbarı məhv etdiklərini iddia ediblər.

Army.az xəbər verir ki, bu barədə “RIA Novosti” məlumat yayıb.

Bildirilib ki, 11-ci Ordu Korpusu və “Şimal” qruplaşmasına daxil bölmələr yanacaq, ərzaq və döyüş sursatı saxlanılan sahə anbarlarını, eləcə də təchizat məntəqələrini hədəfə alıb:

“Bu istiqamətdə təchizat xətləri Rusiya hava kəşfiyyatı tərəfindən nəzarətdə saxlanılır və hədəflərin vurulmasında qəlpəli-fuqas və yandırıcı döyüş sursatlarından istifadə olunur.

banner

22 apreldə isə Rusiya Silahlı Qüvvələrinin Ukrayna Silahlı Qüvvələri mövqelərinə Xarkov vilayətində genişmiqyaslı zərbələr endirilib”.

Əlaqəli Yazılar Xüsusi