Rusiya xarici işlər naziri Sergey Lavrov Ermənistanın Avropa İttifaqına inteqrasiya perspektivləri ilə bağlı fikirlərini açıqlayıb.
Army.az xəbər verir ki, Lavrov Ermənistanın Aİ-yə üzvlük istəyinin reallaşması ilə bağlı şübhələrini ifadə edib.
“Əgər Nikol Paşinyan hökumətinin Avropa İttifaqına inteqrasiya niyyətindən danışırıqsa, Aİ rəsmiləri Ermənistanı aldada bilər və mən hesab edirəm ki, böyük ehtimalla belə də olacaq. Ermənistanın Avropa İttifaqına necə üzv ola biləcəyini təsəvvür etmirəm”, – Rusiya XİN rəhbəri bildirib.
Lavrov Türkiyə və Serbiyanı nümunə göstərərək, bu ölkələrin uzun illərdir Aİ-yə üzvlük prosesində olduqlarını xatırladıb.
“Türkiyə və Serbiya artıq bir neçə onillikdir Avropa İttifaqına üzv olmaq üçün növbədədir”, – deyə o əlavə edib.
