Ev DünyaMakronun İrəvan səfəri: strateji saziş imzalanacaq?

Makronun İrəvan səfəri: strateji saziş imzalanacaq?

by Baş Redaktor
29 Baxış

Fransa Prezidenti Emmanuel Makron mayın 5-də Ermənistana planlaşdırılan dövlət səfəri çərçivəsində iki ölkə arasında strateji tərəfdaşlıq haqqında sənədin imzalanması nəzərdə tutulur.

Army.az xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər nazirinin müavini Vahan Kostanyan məlumat verib.

Onun sözlərinə görə, bu sənəd uzun müddətdir müzakirə olunur və səfərin gündəliyində əsas yerlərdən birini tutur.

Bundan əlavə, hərbi-texniki əməkdaşlıq, təhsil və süni intellekt sahələrini əhatə edən bir sıra razılaşmaların da imzalanması planlaşdırılır.

banner

Gözlənilir ki, bu səfər kifayət qədər intensiv keçəcək və Fransa-Ermənistan münasibətlərini yeni mərhələyə yüksəldəcək.

Əlaqəli Yazılar Xüsusi