Ev DünyaRza Pəhləvidən iranlılara çağırış: “Hakimiyyəti dəyişmək üçün fürsətdir”

Rza Pəhləvidən iranlılara çağırış: “Hakimiyyəti dəyişmək üçün fürsətdir”

by Baş Redaktor
18 Baxış

İranın sonuncu şahı Məhəmməd Rza Pəhləvinin oğlu Rza Pəhləvi ölkə vətəndaşlarını “İranı xilas etmək üçün Milli Əməkdaşlıq Kampaniyası”na qoşulmağa çağırıb. O, tərəfdarlarına komandası ilə Teleqram vasitəsilə əlaqə saxlamağı da tövsiyə edib.

Army.az xəbər verir ki, Pəhləvi bu barədə İran xalqına ünvanladığı videomüraciətdə danışıb.

O, hazırkı hakimiyyətin əvvəlki dövrlərlə müqayisədə daha zəif vəziyyətdə olduğunu iddia edib.

Şahzadə iranlıları yaranmış şəraitdən istifadə edərək siyasi dəyişikliyə nail olmağa səsləyib. O, ölkədə iqtisadi və təhlükəsizlik vəziyyətinin pisləşməsinə görə əsas məsuliyyətin İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) üzərinə düşdüyünü bildirib.

banner

Rza Pəhləvi hakimiyyətin dəyişdirilməsindən sonrakı dövr üçün də planlarının olduğunu qeyd edib. Onun sözlərinə görə, bu planlar ölkədə təhlükəsizlik və sabitliyin qorunmasını, fundamental azadlıqların təmin edilməsini, eləcə də əhalinin əsas ehtiyaclarının qarşılanmasını əhatə edir.

O, həmçinin hərbçilərə, polis əməkdaşlarına və təhlükəsizlik qüvvələrinin üzvlərinə müraciət edərək onları xalqın tərəfinə keçməyə çağırıb. Pəhləvi bildirib ki, bu çağırışa qoşulanlara toxunulmazlıq təmin edən sənəd veriləcək. Repressiyalarda iştirak edən şəxslərin isə qanun qarşısında cavab verməli olacağını vurğulayıb.

Əlaqəli Yazılar Xüsusi