Ev DünyaYeni sığınacaqlar və buraxılış sistemləri: Rusiyanın dron planı ortaya çıxdı

Yeni sığınacaqlar və buraxılış sistemləri: Rusiyanın dron planı ortaya çıxdı

by Baş Redaktor
41 Baxış

Rusiya Ukraynaya qarşı pilotsuz uçuş aparatları hücumlarını genişləndirmək məqsədilə “Tsımbulova” dron bazasının infrastrukturunu artırır.

Army.az xəbər verir ki, bu barədə “Militarnıy” məlumat yayıb.

Peyk görüntülərinə əsasən, Rusiya son bir ay ərzində “Geran-5” reaktiv pilotsuz aparatları üçün eyni anda 10 yeni buraxılış qurğusunun tikintisinə başlayıb.

Məlumatda qeyd olunur ki, obyekt ərazisində pilotsuz aparatların və texniki avadanlıqların saxlanılması üçün yeni beton sığınacaqlar da inşa edilir.

banner

Hazırda “Tsımbulova” bazası və işğal altındakı Donetsk ətrafı bu tip reaktiv PUA-ların buraxılması üçün məlum olan əsas məntəqələr hesab olunur.

Əlaqəli Yazılar Xüsusi