Ev Dünyaİran parlamentində Pezeşkiana etiraz: 63 deputat hökumətin qərarını qəbul etmədi

İran parlamentində Pezeşkiana etiraz: 63 deputat hökumətin qərarını qəbul etmədi

by Baş Redaktor
36 Baxış

İran parlamentinin 63 üzvü hökumətin kiberməkanın idarə olunması ilə bağlı yaratdığı xüsusi mexanizmə etiraz edib.

Army.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.

Yerli medianın məlumatına görə, deputatlar “Ölkənin kiberməkanının xüsusi təşkili və idarə olunması üzrə xüsusi qərargah”la bağlı qərarın bəzi müddəalarının araşdırılması üçün Konstitusiyanın Mühafizəsi Şurasına müraciət ediblər.

Deputatların əsas narazılığı Prezident Məsud Pezeşkianın bu sahədə səlahiyyətlərinin genişləndirilməsi ilə bağlıdır. Onlar hesab edirlər ki, hökumət və prezidentin kiberməkan sahəsində fəaliyyət imkanları müxtəlif dövlət qurumları və təşkilatların səlahiyyətlərinə müdaxilə edəcək şəkildə artırıla bilməz.

banner

İran KİV-inin yazdığına görə, belə geniş səlahiyyətlərin tətbiqi yalnız qanunvericiliklə və ya daha yüksək hüquqi qüvvəyə malik rəsmi əsasla təsbit edildiyi halda mümkün ola bilər.

Əlaqəli Yazılar Xüsusi