Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiya Kommunist Partiyasının təsis etdiyi “Lenin” mükafatına layiq görülüb.
Army.az xəbər verir ki, mükafatın təqdimatı Minskdə baş tutub.
Rusiya Kommunist Partiyasının Mərkəzi Komitəsinin sədri Gennadi Züqanov Belarus lideri ilə görüşü zamanı ona xüsusi diplom və fəxri nişan təqdim edib.
“BelTA”nın yaydığı məlumata əsasən, Lukaşenko çoxqütblü dünya modelinin təşviqi istiqamətində apardığı siyasətə və bu yanaşmanın yayılmasına verdiyi töhfəyə görə mükafatlandırılıb.
Bundan əlavə, onun Rusiya-Belarus İttifaq Dövlətinin möhkəmləndirilməsi istiqamətindəki fəaliyyəti, sovet dövrünün tarixi irsi və dəyərlərinin qorunmasında iştirakı, eləcə də iki ölkə xalqları arasında dostluq və qardaşlıq münasibətlərinin inkişafındakı rolu da mükafatın əsaslandırılmasında qeyd olunub.
