Ev DünyaMakron: Suriya ilə tərəfdaşlığın genişləndirilməsi prioritetdir

Makron: Suriya ilə tərəfdaşlığın genişləndirilməsi prioritetdir

by Baş Redaktor
89 Baxış

Fransa Prezidenti Emmanuel Makron ölkəsinin Suriya ilə iqtisadi əlaqələrin inkişafında maraqlı olduğunu və bu istiqamətdə əməkdaşlığı genişləndirməyə hazır olduğunu bəyan edib.

Army.az xəbər verir ki, o, bu barədə Dəməşqdə yerləşən Xalq Sarayında keçirilən Suriya–Fransa dəyirmi masasında çıxışı zamanı danışıb.

Makronun sözlərinə görə, Fars körfəzi ölkələri ilə əməkdaşlıq çərçivəsində Suriyanın yenidən qurulmasına dəstək məqsədilə fəaliyyət göstərən birgə iqtisadi komitələrin işi daha da genişləndiriləcək.

Fransa lideri həmçinin bildirib ki, Paris Dəməşqlə münasibətlərin möhkəmləndirilməsində maraqlıdır və energetika, bank sektoru ilə yanaşı, digər sahələrdə də tərəfdaşlığı inkişaf etdirməyə hazırdır.

banner

Əlaqəli Yazılar Xüsusi