Ev DünyaRusiya Ermənistana nota göndərdi

Rusiya Ermənistana nota göndərdi

by Baş Redaktor
29 Baxış

Rusiya Ermənistana etiraz notası göndərib.

Army.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova məlumat verib.

Diplomatın sözlərinə görə, nota Gümrüdə İkinci Dünya müharibəsi qəhrəmanlarının xatirəsinə ucaldılmış memorialın təhqir olunması ilə bağlıdır.

Zaxarova bildirib ki, baş verən hadisə sadəcə xuliqanlıq deyil, həm də iki ölkə üçün ortaq olan tarixi yaddaşa yönəlmiş məqsədli bir addımdır.

banner

“Bu səbəbdən biz Ermənistan tərəfinə etiraz notası göndərdik”, – deyə o vurğulayıb.

Əlaqəli Yazılar Xüsusi