Ev DünyaPaşinyanın ayaqqabı görüntüləri siyasi mübahisə yaratdı

Paşinyanın ayaqqabı görüntüləri siyasi mübahisə yaratdı

by Baş Redaktor
21 Baxış

Ermənistanın Baş naziri Nikol Paşinyanın ayaqqabılarını parıldatdığı görüntülər erməni jurnalist Voskən Sərkisyanın tənqidinə səbəb olub.

Army.az xəbər verir ki, bu barədə Ermənistan mediaıs məlumat yayıb.

Sərkisyan Paşinyanın növbədənkənar seçkilərlə bağlı açıqlamasından sonra ayaqqabılarını təmizləməsini sosial şəbəkələrdə nümayiş etdirməsini siyasi şou kimi qiymətləndirib.

Jurnalist bildirib ki, bu cür görüntülər baş nazirin özünü xalqdan biri kimi təqdim etməsinə xidmət edir. O, eyni zamanda Paşinyanın iqamətgahı olan hökumət bağ evlərinin və orada çalışan heyətin saxlanılması üçün dövlət büdcəsindən hər il 562 milyon dram (təxminən 1,56 milyon dollar) vəsait ayrıldığını iddia edib.

banner

Sərkisyan bu məqamı Paşinyanın nümayiş etdirdiyi sadəlik obrazı ilə ziddiyyət təşkil edən hal kimi dəyərləndirib.

Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün sosial şəbəkə hesabında ayaqqabılarını parıldatdığı anları əks etdirən görüntülər paylaşıb.

Əlaqəli Yazılar Xüsusi