Ev DünyaErmənistanda seçkiqabağı rüşvət işi: Daha 10 nəfər saxlanıldı

Ermənistanda seçkiqabağı rüşvət işi: Daha 10 nəfər saxlanıldı

by Baş Redaktor
39 Baxış

Ermənistanın Stepanavan şəhərində seçkiqabağı rüşvət iddiaları ilə bağlı daha 10 nəfər saxlanılıb.

Army.az xəbər verir ki, bu barədə Ermənistan Antikorrupsiya Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, iş üzrə ittiham olunanların ümumi sayı 24 nəfərə çatıb.

Qeyd edək ki, Stepanavanda yerli özünüidarəetmə orqanlarına seçkilər oktyabrın 25-də keçiriləcək.

banner

Bundan əvvəl Antikorrupsiya Məhkəməsi “Güclü Ermənistan” partiyasından merliyə namizəd Arsen Gevorkyan barəsində iki aylıq həbs qətimkan tədbiri seçib. Həmçinin şəhərdə aparılan axtarışlar çərçivəsində daha əvvəl 14 nəfər saxlanılmışdı.

Əlaqəli Yazılar Xüsusi