Ermənistanın baş naziri Nikol Paşinyanın rəhbərlik etdiyi hökumətin növbədənkənar parlament seçkilərinin keçirilməsini sürətləndirməyə çalışacağı ehtimal olunur.
Army.az xəbər verir ki, bu fikri parlamentdə təmsil olunan müxalif “Güclü Ermənistan” fraksiyasının rəhbəri Narek Karapetyan səsləndirib.
Onun qənaətinə görə, hakimiyyətin erkən seçkilərə tələsməsinə xarici gündəmdəki məsələlər təsir edə bilər. Karapetyan Rusiyanın qaz qiymətləri məsələsini, Azərbaycanın Konstitusiya ilə bağlı mövqeyini, Avropa İttifaqının isə müxtəlif azlıqların hüquqları ilə əlaqəli qanunvericilik məsələlərini gündəmə gətirəcəyini bildirib.
Müxalifətçi siyasətçi hesab edir ki, bu məsələlərin aktuallaşması Paşinyan hökumətini növbədənkənar parlament seçkilərinin keçirilməsini sürətləndirməyə sövq edə bilər.
