Ev DünyaBir vaxtlar düşmən idilər, indi yenidən müttəfiqdirlər – Tramp və Mask niyə barışdı?

Bir vaxtlar düşmən idilər, indi yenidən müttəfiqdirlər – Tramp və Mask niyə barışdı?

by Baş Redaktor
36 Baxış

ABŞ Prezidenti Donald Tramp və milyarder İlon Mask arasında uzun müddət davam edən gərginlik aradan qalxıb. Tərəflərin yenidən yaxınlaşmasında Maskın noyabr seçkilərində Respublikaçılar Partiyasına dəstək vermək qərarı mühüm rol oynayıb.

Army.az xəbər verir ki, bu barəd “The Wall Street Journal” məlumat yayıb.

Mask Respublikaçıların Konqres üzərində nəzarəti qorumasına yardım etmək niyyətindədir. Bunun üçün milyarderin seçici fəallığını artırmağa yönəlmiş kampaniyaya ən azı 100 milyon dollar xərcləməyi planlaşdırdığı bildirilir.

Nəşrin məlumatına əsasən, Maskın bu qərarı Tramp və milyarder arasında münasibətlərin bərpası üçün təxminən bir il davam edən səylərin nəticəsi olub.

banner

Xatırladaq ki, Tramp və Mask arasında münasibətlər 2025-ci ildə ciddi şəkildə pisləşmiş, tərəflər bir-birlərinə qarşı kəskin açıqlamalar vermişdilər. Lakin sonrakı dövrdə əlaqələrin tədricən normallaşdığı və onların yenidən ünsiyyət saxladığı bildirilir.

Əlaqəli Yazılar Xüsusi