İsrail Livanla əldə olunan çərçivə sazişinin icrası ilə bağlı ciddi şübhələrini ifadə edib.
Army.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Bildirilib ki, əsas narahatlıq Livan hakimiyyətinin ölkədə silah üzərində tam dövlət nəzarətini bərpa etmək və “Hizbullah” qruplaşmasını tam tərksilah etmək imkanları ilə bağlıdır.
Məlumata əsasən, məhz bu amil razılaşmanın həyata keçirilməsi prosesində çıxılmaz vəziyyət yarada və ölkədaxili sabitliyə mənfi təsir göstərə bilər.
İsrail tərəfi hesab edir ki, Livan hökumətinin üzərinə götürdüyü öhdəlikləri yerinə yetirib-yetirməyəcəyi hələ də sual altındadır.
