Ermənistanın baş naziri Nikol Paşinyan seçicilərlə görüşü zamanı bildirib ki, ölkənin ən gec iki il ərzində Avropa İttifaqı ilə vizasız rejimə keçəcəyinə ümid edir.
Army.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
Paşinyanın sözlərinə görə, bu halda Ermənistan vətəndaşları əlavə viza prosedurları olmadan Avropa istiqamətində səyahət edə biləcəklər. O, nümunə kimi Larnaka marşrutunu göstərərək bildirib ki, səfər üçün əsas tələb pasportun olması olacaq.
Baş nazir qeyd edib ki, Ermənistan vətəndaşları uzun müddətdir Avropa ölkələrinə viza almaqda çətinliklərlə üzləşdiklərini bildirirlər. Onun fikrincə, bunun əsas səbəblərindən biri Avropaya səfər etmək istəyənlərin sayının kəskin artmasıdır.
Paşinyan əlavə edib ki, 2018–2025-ci illər arasında Avropa İttifaqına səfər edən Ermənistan vətəndaşlarının sayı əhəmiyyətli dərəcədə yüksəlib.
O, daha əvvəl həmçinin Ermənistanın Gürcüstan və Türkiyə üzərindən Avropa ilə dəmir yolu bağlantısı yaradılması planlarından da danışmışdı. Ermənistanın baş naziri Nikol Paşinyan seçicilərlə görüşü zamanı bildirib ki, ölkənin ən gec iki il ərzində Avropa İttifaqı ilə vizasız rejimə keçəcəyinə ümid edir.
