Ev DünyaTrampın oğlunun Tallin səfərində sirr: Estoniyada nə işi var?

Trampın oğlunun Tallin səfərində sirr: Estoniyada nə işi var?

by Baş Redaktor
9 Baxış

ABŞ Prezidenti Donald Trampın böyük oğlu və iş adamı Donald Tramp Jr. Estoniyanın paytaxtı Tallinə səfər edib.

Army.az xəbər verir ki, Estoniyanın “Delfi” nəşrinin yazdığına görə, Tramp Jr. Tallinə Monqolustandan gəlib.

O, səfər zamanı “Qatar Executive” şirkətinin şəxsi təyyarəsindən istifadə edib.

Məlumata əsasən, Donald Tramp Jr. Tallində “Radisson Collection” hotelində məskunlaşıb. Onun şəhərdə təhlükəsizlik əməkdaşlarının müşayiəti ilə hərəkət etdiyi bildirilir.

banner

Tramp Jr.-ın Estoniyaya səfərinin konkret səbəbi isə hələlik açıqlanmayıb. Səfərin şəxsi məqsəd daşıdığı, yoxsa biznes fəaliyyəti ilə bağlı olduğu barədə də rəsmi məlumat yoxdur.

ABŞ-ın Estoniyadakı səfirliyi də Donald Tramp Jr.-ın səfəri ilə bağlı hər hansı açıqlama verməyib.

Əlaqəli Yazılar Xüsusi