Ev Hərbi XəbərlərPermdə dron həyəcanı: Partlayış səsləri eşidildi, uçuşlar dayandırıldı

Permdə dron həyəcanı: Partlayış səsləri eşidildi, uçuşlar dayandırıldı

by Baş Redaktor
25 Baxış

Rusiyanın Perm şəhərində sentyabrın 7-si səhər saatlarında pilotsuz uçuş aparatlarının hücumu ilə bağlı məlumat yayılıb. Yerli sakinlərin sözlərinə görə, şəhər üzərində bir neçə partlayış səsi eşidilib.

Army.az xəbər verir ki, bu barədə “Bloknot Rusiya” Telegram kanalı məlumat yayıb.

Bildirilib ki, təhlükəsizlik tədbirləri çərçivəsində bəzi məktəblərdə və ali təhsil müəssisələrində dərslər ləğv edilib.

Təhlükəsizlik səbəbilə Permdəki Bolşoye Savino hava limanında təyyarələrin qəbulu və yola salınmasına müvəqqəti məhdudiyyətlər qoyulub. Bu barədə Rusiya Federal Hava Nəqliyyatı Agentliyinin mətbuat xidməti məlumat yayıb.

banner

Hazırda Perm vilayətində pilotsuz aparat təhlükəsi qüvvədə qalır. Bölgədə hava hücumundan müdafiə qüvvələrinin fəaliyyət göstərdiyi bildirilir.

Əlaqəli Yazılar Xüsusi