İran və ABŞ arasında mümkün “ilkin anlaşma” ilə bağlı xəbərlərin yayıldığı bir vaxtda, SEPAH komandanlığı ölkənin hərbi hazırlığı ilə bağlı mesaj verib.
Army.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
SEPAH-ın baş komandanı Xürrəmşəhrin azad edilməsinin ildönümü münasibətilə yayımladığı müraciətdə bildirib ki, İran silahlı qüvvələri tam hazırlıq vəziyyətindədir və ölkəyə qarşı mümkün yeni hərbi müdaxilə və ya təzyiq cəhdinə cavab verməyə hazırdır.
Bəyanatda qeyd olunub ki, İran istənilən “yenidən təcavüz” cəhdinə qarşı qəti mövqe nümayiş etdirəcək.
Açıqlama İran və ABŞ arasında mümkün diplomatik təmaslar və ilkin razılaşma ilə bağlı iddiaların müzakirə olunduğu dövrə təsadüf edib.
