Budapeşt Memorandumu çərçivəsində Ukraynaya verilən beynəlxalq təhlükəsizlik zəmanətləri praktikada yerinə yetirilməyib.
Army.az xəbər verir ki, bu barədə Macarıstan Baş naziri Peter Magyar deyib.
Onun sözlərinə görə, 1994-cü ildə Budapeştdə imzalanmış memorandum Ukraynanın suverenliyi və ərazi bütövlüyünü təmin etməli idi, lakin beynəlxalq ictimaiyyət bu öhdəlikləri tam şəkildə həyata keçirə bilməyib.
Peter Magyar qeyd edib ki, mövcud vəziyyət Ukrayna üçün real və işlək təhlükəsizlik mexanizmlərini əhatə edən yeni sülh razılaşmasının hazırlanmasını zəruri edir.
