Ev DünyaTürkiyənin üç aviaşirkəti İran reyslərini dayandırıb

Türkiyənin üç aviaşirkəti İran reyslərini dayandırıb

by Baş Redaktor
8 Baxış

Türkiyənin “Turkish Airlines”, “AJet” və “Pegasus” aviaşirkətləri İran istiqamətində uçuşları dayandırıb.

Army.az xəbər verir ki, bu barədə “i24NEWS” məlumat yayıb.

Məlumata görə, “Turkish Airlines” və “AJet”in rəsmi internet saytlarında 2027-ci ilin mart ayına qədər İran istiqamətində hər hansı uçuşa rast gəlinmir. “Pegasus” isə İrana reysləri rezervasiya sistemindən tamamilə çıxarıb.

Qeyd edək ki, ABŞ-ın maliyyə naziri Skott Bessent daha əvvəl aviaşirkətlərin ikinci dərəcəli sanksiyalarla üzləşə biləcəyi barədə xəbərdarlıq etmişdi. O bildirmişdi ki, bu səbəbdən oktyabrın 1-dən etibarən İrandan dünyanın müxtəlif ölkələrinə hava əlaqəsinin dayandırılması gözlənilir.

banner

Əlaqəli Yazılar Xüsusi