Ev GündəmBill Qeyts AI şirkətlərini ifşa etdi: “Əslində çox narahatdırlar”

Bill Qeyts AI şirkətlərini ifşa etdi: “Əslində çox narahatdırlar”

by Baş Redaktor
17 Baxış

“Microsoft”un həmtəsisçisi Bill Qeyts süni intellekt sənayesinin aparıcı şəxslərini texnologiyanın yaratdığı potensial təhlükələri ictimaiyyət qarşısında olduğundan daha az göstərməkdə ittiham edib.

Army.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Qeytsin sözlərinə görə, müasir süni intellekt modellərinin imkanlarını ən yaxşı anlayan şəxslər özəl söhbətlərdə ciddi narahatlıq ifadə edirlər. Lakin o hesab edir ki, investisiyaların davam etməsində maraqlı olan şirkət rəhbərləri ictimai çıxışlarında daha ehtiyatlı mövqe nümayiş etdirirlər.

Qeyts süni intellektin bioterrorizm, kiberhücumlar, insanların çatbotlardan emosional asılılığı və əmək bazarında genişmiqyaslı iş itkiləri kimi risklər yarada biləcəyini vurğulayıb. O, texnologiyanın beynəlxalq səviyyədə tənzimlənməsini və bəzi peşələrin yalnız insanlar tərəfindən icra edilməsinin təmin olunmasını təklif edib.

banner

Əlaqəli Yazılar Xüsusi