Ev Hərbi Xəbərlərİran ordusu yeni silahlarla təchiz edildi – rəsmi açıqlama

İran ordusu yeni silahlarla təchiz edildi – rəsmi açıqlama

by Baş Redaktor
34 Baxış

İran ABŞ ilə atəşkəs şəraitində olduğu müddətdə yeni silah və hərbi texnika əldə edib, həmçinin qarşıdurma zamanı zədələnən hərbi sistemlərin bir qismini bərpa edib.

Army.az xəbər verir ki, bu barədə İran ordusunun rəsmi nümayəndəsi Məhəmməd Əkrəminya “Mehr” agentliyinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, İran Silahlı Qüvvələri döyüşlər zamanı zədələnmiş sistemlərin bərpası və yenidən istifadəyə qaytarılması istiqamətində ciddi işlər həyata keçirib. Eyni zamanda yeni hərbi avadanlıqların alınması üçün də addımlar atılıb və əldə olunan texnikanın artıq ordunun döyüş bölmələrinə çatdırıldığı bildirilib.

Əkrəminya Tehranın silahları hansı ölkədən və ya mənbədən əldə etdiyini, eləcə də söhbətin konkret hansı hərbi sistemlərdən getdiyini açıqlamayıb.

banner

İran ordusunun nümayəndəsi əlavə edib ki, münaqişədə yaranmış fasilədən hərbçilərin mənəvi-psixoloji hazırlığının gücləndirilməsi üçün də istifadə olunub.

Əlaqəli Yazılar Xüsusi