Ev GündəmVuçiç seçki qərarını verdi: Serbiyada parlament buraxıldı

Vuçiç seçki qərarını verdi: Serbiyada parlament buraxıldı

by Baş Redaktor
31 Baxış

Serbiya Prezidenti Aleksandr Vuçiç parlamentin buraxılması ilə bağlı fərman imzalayıb və ölkədə növbədənkənar parlament seçkilərinin keçiriləcəyi tarixi müəyyənləşdirib.

Army.az xəbər verir ki, seçkilər oktyabrın 25-də baş tutacaq.

Fərmanların imzalanması çərşənbə günü prezident administrasiyasında yerli vaxtla saat 12:00-da keçirilib.

Bundan əvvəl hakim Serb Tərəqqi Partiyasının rəhbərliyi sentyabrın əvvəlində qarşıdakı parlament seçkilərində Aleksandr Vuçiçin hökumət başçısı postuna namizədliyini dəstəkləyib.

banner

Daha sonra Serbiya hökuməti parlamentin buraxılması və növbədənkənar seçkilərin tarixinin müəyyənləşdirilməsi ilə bağlı prezidentə müraciət edib.

Vuçiçin son qərarı ilə parlament buraxılıb və ölkədə yeni seçki prosesinə start verilib.

Əlaqəli Yazılar Xüsusi