Ev DünyaErmənistanda daha iki “Rus evi” açılacaq – şəbəkə genişlənir

Ermənistanda daha iki “Rus evi” açılacaq – şəbəkə genişlənir

by Baş Redaktor
32 Baxış

Rusiyanın “Rossotrudniçestvo” Federal Agentliyi MDB məkanında tərəfdaş “Rus evləri” şəbəkəsini genişləndirməyə başlayıb.

Army.az xəbər verir ki, Ermənistanın Artaşat və Aştarek şəhərlərində layihə çərçivəsində iki yeni mərkəzin fəaliyyətə başlaması planlaşdırılır.

Bu, “Rus evləri” tərəfdaş proqramının MDB ölkələrində ilk dəfə yeni şəhərləri əhatə etməsi kimi təqdim olunur.

Ermənistan mediasının yaydığı məlumata görə, sentyabrın 8-də Rusiyanın İctimai Palatasında “Rossotrudniçestvo”nun rəhbəri İqor Çayka 11 yeni tərəfdaş mərkəzin yaradılması ilə bağlı sazişlər imzalayıb.

banner

Yeni razılaşmalardan əvvəl layihənin şəbəkəsi 22 ölkədə fəaliyyət göstərən 25 tərəfdaş platformanı birləşdirirdi.

Əlaqəli Yazılar Xüsusi