Ev TexnologiyaÇindən gizli addım: Peyklər üçün yeni təhlükə yaranıb?

Çindən gizli addım: Peyklər üçün yeni təhlükə yaranıb?

by Baş Redaktor
133 Baxış

Çin hərbi alimləri 100 giqavatta qədər güc istehsal edə bilən güclü bir mikrodalğalı sistemi  hazırlayıblar.

Army.az xəbər verir ki, bu barədə Milli Müdafiə Texnologiyaları Universitetinin (NUDT) alimləri məlumat veriblər.

Müqayisə üçün qeyd olunur ki, məişətdə istifadə olunan adi mikrodalğalı sobanın gücü təxminən 800 vat, yəni cəmi 0,0000008 giqavatdır.

Mütəxəssislərin qiymətləndirməsinə görə, 1 giqavatlıq impuls belə aşağı orbitdəki peyklərin elektronikasında ciddi nasazlıqlar yarada bilər. Yeni sistem isə bundan 100 dəfə yüksək gücə malikdir və müəlliflərin sözlərinə görə, gələcəkdə onun imkanlarını daha da artırmaq mümkündür.

banner

Alimlər bildirirlər ki, layihənin əsas texniki üstünlüyü bir iri generator əvəzinə bir neçə kompakt impuls modulunun sinxronlaşdırılmasıdır. Bu yanaşma hər bir modulun maksimal gücə yaxın rejimdə işləməsinə imkan verir və bütöv sistemin səmərəliliyini artırır.

Əlaqəli Yazılar Xüsusi