Ev Hərbi XəbərlərTehran: Hörmüz boğazından keçidə hələlik icazə verilməyəcək

Tehran: Hörmüz boğazından keçidə hələlik icazə verilməyəcək

by Baş Redaktor
26 Baxış

İran Hörmüz boğazından keçmək istəyən gəmilərin müraciətlərinə yalnız bölgədə vəziyyət sabitləşdikdən sonra baxılacağını açıqlayıb.

Army.az xəbər verir ki, bu barədə İranın Fars körfəzi üzrə nəzarət qurumu (PGSA) X sosial şəbəkəsində paylaşım edib.

Qurumun bəyanatında bildirilir ki, ABŞ Silahlı Qüvvələrinin bölgədə son dövrlər həyata keçirdiyi “qanunsuz hərəkətlər” səbəbindən hazırda Hörmüz boğazı vasitəsilə gəmiçiliyin təmin edilməsi mümkün deyil. Qeyd olunub ki, vəziyyət normallaşdıqdan sonra bütün müraciətlərə baxılacaq və müvafiq icazələr veriləcək.

Əlaqəli Yazılar Xüsusi