Ukrayna Prezidenti Volodimir Zelenski ölkədə yenilənmiş siyasi kursun icrası çərçivəsində dövlət idarəçiliyində kadr islahatlarına başlanacağını açıqlayıb.
Army.az xəbər verir ki, o, bu barədə teleqram kanalında paylaşım edib.
Zelenskinin sözlərinə görə, yeni yanaşmaya əsasən, xarici siyasətin hər bir prioritet istiqaməti üzrə dövlət başçıları səviyyəsində əldə olunan razılaşmaların icrasına və Ukrayna vətəndaşlarının gözləntilərinin reallaşdırılmasına geniş təcrübəyə malik konkret məsul şəxslər cavabdeh olacaqlar.
Prezident bildirib ki, həyata keçiriləcək dəyişikliklər təkcə xarici siyasətlə məhdudlaşmayacaq, eyni zamanda ölkənin daxili siyasi idarəetməsinə də təsir göstərəcək.
