Avropa kəşfiyyat mənbələri Rusiyanın NATO üzvü olan Baltik ölkələri və Polşaya qarşı hərbi təxribat hazırlığında olduğunu iddia edib.
Army.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Bildirilib ki, Ukraynanın son dövrlərdə Rusiyanın enerji infrastrukturuna pilotsuz uçuş aparatları ilə həyata keçirdiyi hücumlar Moskva üzərində təzyiqi artırıb. Rusiya Prezidenti Vladimir Putin isə Qərbi nüvə zərbəsi ehtimalı ilə bağlı xəbərdar edib.
İddialara əsasən, Moskvanın məqsədi NATO-nun Ukraynaya verdiyi dəstəyə alyansın necə reaksiya verəcəyini yoxlamaqdır.
