Ev Dünyaİrandan ABŞ-a BMT mesajı: “Vizaları vaxtında verin”

İrandan ABŞ-a BMT mesajı: “Vizaları vaxtında verin”

by Baş Redaktor
20 Baxış

İran bu ay Nyu-Yorkda keçiriləcək BMT Baş Assambleyasının 81-ci sessiyasında iştirak etməyə hazırlaşır. Lakin Tehran səfərin baş tutmasını ABŞ-ın iranlı nümayəndə heyətinə vizaları vaxtında təqdim etməsi ilə şərtləndirir.

Army.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi açıqlama verib.

Onun sözlərinə görə, ABŞ ev sahibi ölkə kimi üzərinə düşən öhdəlikləri yerinə yetirər və İran nümayəndə heyətinin üzvlərinə vizaları vaxtında verərsə, Tehran sessiyada iştirak edəcək.

Bəqayi bildirib ki, İran BMT Baş Assambleyasının tribunasından ölkənin gündəmdə olan məsələlər üzrə mövqeyini beynəlxalq ictimaiyyətə çatdırmaq üçün istifadə etməyi planlaşdırır.

banner

Beləliklə, İran nümayəndə heyətinin Nyu-Yorka səfəri ABŞ tərəfindən viza prosedurlarının vaxtında həyata keçirilməsindən asılı olacaq.

Əlaqəli Yazılar Xüsusi