17
Çin lideri Si Cinpin iyunun 8-9-da Şimali Koreyaya rəsmi səfər edəcək.
Army.az xəbər verir ki, bu barədə “Xinhua News Agency” məlumat yayıb.
Bildirilib ki, səfərlə bağlı açıqlama Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Beynəlxalq Əlaqələr Şöbəsi tərəfindən verilib.
Qeyd olunub ki, səfər Koreya Əmək Partiyasının Baş katibi və KXDR Dövlət İşləri üzrə Sədri Kim Çen Inın dəvəti əsasında baş tutacaq.
