İsveçdə məhkəmə Ukraynanın işğal olunmuş ərazilərindən məhsul daşınmasında istifadə edildiyi iddia edilən “CAFFA” adlı gəminin həbsinə qərar verib.
Army.az xəbər verir ki, qərar Ukrayna Prokurorluğunun müraciəti əsasında qəbul olunub və bu, xarici bir ölkə məhkəməsinin belə bir iş üzrə ilk dəfə gəmi müsadirəsini təsdiqləməsi kimi qiymətləndirilir.
Məlumata görə, gəmi fəaliyyətini gizlətmək üçün saxta qeydiyyatdan istifadə edib və beynəlxalq məlumat bazalarında “Guinea False” adı altında göstərilib.
Ukrayna Baş prokuroru Ruslan Kravçenko bildirib ki, qeydiyyat, bayraq və marşrut dəyişiklikləri məsuliyyətdən yayınmağa kömək etmir və hüquqi mexanizmlər vasitəsilə belə hallar izlənməyə davam edəcək.
