Ermənistan TRIPP layihəsinin icrası zamanı İranla sərhəd ərazisində heç bir ölkənin hərbi birləşmələrinin yerləşdirilməyəcəyinə dair Tehrana təminat verib.
Army.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqayi açıqlama verib.
Onun sözlərinə görə, İran sərhədləri yaxınlığında hərbi və ya təhlükəsizlik qüvvələrinin mövcudluğu qəbuledilməzdir:
“Ermənistan tərəfi bu məsələdə Tehranın narahatlığını nəzərə alaraq müvafiq zəmanətlər təqdim edib”.
XİN rəsmisi iki ölkə arasında qarşılıqlı etimadın yüksək səviyyədə olduğunu da vurğulayıb.
