Ermənistanın hazırkı siyasi xəttinin müəyyən mənada Ukraynanın 2013-2014-cü illərdə izlədiyi istiqamətə bənzədiyi bildirilir.
Army.az xəbər verir ki, bu fikirləri Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Aleksey Şevtsov səsləndirib.
Onun sözlərinə görə, həm Rusiya Prezidenti Vladimir Putin, həm də Belarus Prezidenti Aleksander Lukaşenko daha əvvəl Ermənistanın inkişaf proseslərini Ukraynanın həmin dövrdə yaşadığı hadisələrlə müqayisə ediblər.
Şevtsov qeyd edib ki, İrəvan gələcəkdə oxşar problemlərlə üzləşməmək üçün baş verənləri diqqətlə təhlil etməli və nəticələr çıxarmalıdır. Onun fikrincə, Ukraynada yaşanan hadisələrin Ermənistan üçün təkrarlanmaması vacibdir.
