Ev Hərbi XəbərlərPeskovdan Avropaya növbəti hədə: Rusiya güc tətbiq edəcək!

Peskovdan Avropaya növbəti hədə: Rusiya güc tətbiq edəcək!

by Baş Redaktor
55 Baxış

Rusiya Avropa ölkələri ilə diplomatik razılığa gələ bilməyəcəyi təqdirdə qarşıya qoyduğu məqsədlərə güc tətbiq etməklə çatacağını istisna etmir.

Army.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov “Vesti” informasiya agentliyinə müsahibəsində bildirib.

Peskovun sözlərinə görə, Ukrayna münaqişəsinin həlli Avropanın təhlükəsizlik məsələlərindən ayrı nəzərdən keçirilə bilməz. O, müəyyən mərhələdə bu mövzuların Avropa ölkələri ilə müzakirəsinin qaçılmaz olacağını vurğulayıb.

Kremlin sözçüsü əlavə edib ki, Avropa tərəfi sülhə maraq göstərmədiyi halda danışıqların heç bir nəticəsi olmayacaq. Belə bir şəraitdə isə Moskva məqsədlərinə güc yolu ilə nail olmağa məcbur qalacağını bildirir.

banner

Əlaqəli Yazılar Xüsusi