Ev Hərbi XəbərlərBritaniya Səudiyyə Ərəbistanını husilərin hücumlarından qorumağa hazırlaşır

Britaniya Səudiyyə Ərəbistanını husilərin hücumlarından qorumağa hazırlaşır

by Baş Redaktor
69 Baxış

Böyük Britaniyanın Baş naziri Endi Börnem ölkənin Hərbi Hava Qüvvələrinə Səudiyyə Ərəbistanının husilərin mümkün hücumlarından qorunmasına dəstək vermək üçün müdafiə missiyası həyata keçirməyi tapşırıb.

Army.az xəbər verir ki, bu barədə “Bloomberg” Britaniya rəsmilərinə istinadən məlumat yayıb.

Məlumata əsasən, Kral Hərbi Hava Qüvvələrinə məxsus “Typhoon” tipli qırıcı təyyarələr Səudiyyə Ərəbistanının şəhərlərinin və mühüm infrastruktur obyektlərinin hava hücumlarından müdafiəsinə yardım edəcək.

Missiyanın Yəməndə fəaliyyət göstərən və İran tərəfindən dəstəkləndiyi bildirilən “Ənsarallah” Hərəkatının (husilər) mümkün hücumlarına qarşı müdafiə tədbirlərini əhatə edəcəyi qeyd olunur.

banner

Əlaqəli Yazılar Xüsusi