Ev Hərbi XəbərlərTehrandan xəbərdarlıq: ABŞ-ın yeraltı nüvə obyektinə zərbə endirəcəyi iddia olunur

Tehrandan xəbərdarlıq: ABŞ-ın yeraltı nüvə obyektinə zərbə endirəcəyi iddia olunur

by Baş Redaktor
28 Baxış

İran parlamentinin deputatı Salman İshaqi ABŞ-ın ölkənin Kalanq yeraltı nüvə kompleksinə zərbə endirə biləcəyini iddia edib.

Army.az xəbər verir ki, deputat bu qənaətə Vaşinqtonun davranışları, yayılan məlumatlar və mövcud təhlillər əsasında gəldiyini bildirib.

İshaqi ictimaiyyətin mövcud vəziyyət və mümkün təhlükələr barədə məlumatlandırılmasının vacibliyini vurğulayaraq, “Biz reallıqları xalqla bölüşməliyik”, – deyə qeyd edib.

İranlı deputat mümkün yeni hərbi qarşıdurma ehtimalına da toxunub. Onun fikrincə, ABŞ və İsrail yaxın vaxtlarda İrana qarşı sərt hərbi addımlar ata bilər.

banner

Qeyd edək ki, Kalanq yeraltı obyektinin İsfahan əyalətində, Natanz nüvə kompleksindən təxminən 1,5–1,6 kilometr cənubda yerləşdiyi bildirilir. ABŞ-ın bu obyektə zərbə endirəcəyi ilə bağlı iddia isə rəsmi şəkildə təsdiqlənməyib.

Əlaqəli Yazılar Xüsusi